“MİZAN KONSALTİNQ LTD” MMC Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şirkətlərdən biridir.

 

 

 



 

 

 

 




Bizim məhsullar və xidmətlər:

1. Mühasibat uçotunun avtomatlaşdırılması.

MakAZ konfiqurasiyalı mühasibat uçotu kompüter proqramı “1C Бухгалтерия” 8.2 bazasında hazırlanmışdır və əvvəlki 1C proqramlarından fərqli olaraq aşağıdakı özəllikləri özündə cəmləşdirmişdir :
Azərbaycan və rus dillərində interfeys
“Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun olaraq artıq 2009–cü il üzrə təqdim edilməsi məcburi olan maliyyə hesabatlarının formaları 
Milli Mühasibat Uçotu Standartları hesablar planına uyğun olaraq avtomatik müxabirləşmə (provodkalar)
Bir konfiqurasiya daxilində bir neçə müəssisənin uçotunun paralel aparılması 
Sifarişçinin arzusu ilə yeni hesabatların əlavə edilməsi

Hesabatlar üzrə:

Milli Mühasibat Uçotu Standartların tələblərinə uyğun formalarının hazırlanması
İstənilən dövr və müddət üçün hesabatların hazırlanması
Hesabatda göstərilən hər bir məlumatın açılığlaması imkanı
Hesabatların və hesabların təhlili

Funksiyalar üzrə:

Malların, materialların və xidmətlərin uçotu 
Bank və xəzinə 
Ticarət əməliyyatları
Standart anbar uçotu 
Kontragentlərlə (sifarişçilər və təhcizatçılar) hesablaşmalar 
İstehsal fəaliyyətinin uçotu 
Torpaq, tikili və avadanlıqların uçotu 
Qeyri –maddi aktivlər 
ƏDV-nin uçotu (alış kitabı, satış kitabı) 
Əmək haqqının uçotu 
Standart Kadrlar uçotu

Bundan əlavə 1C “Торговля, Склад” 8.2 konfiquriyası əsasında “MAK-Az Ticarət-Anbar” proqram məhsulu da hazırlanmışdır ki, bu konfiqurasiyada bütün ticarət əməliyyatlarının aparılması və əməliyyatların nəticələrinin avtomatik MAK-Az konfiqurasiyasında (mühasibat uçotunda) əks olunması imkanı mövcuddur.

2. CRM(Customer Realtionships Management - müştərilərilərlə əlaqələrin idarə olunması) sistemi müəssisə fəaliyyətinin əhatə etdiyi 
marketinq
istehsalat
xidmət
satış
maliyyə 
anbar və loqistika

sahələrində kontraqentlərin vahid reyestrini, müştəri və müqavilə bazasının idarəedilməsi, hesab-fakturaların monitoringini, menecerlərin işinin keyfiyyətini etalonlarla müqaisə edilməsi, marketinq siyasətinin idarəedilməsi, kontragentlərlə qarşılıqlı hesablaşmaları, tədarük vaxtı, reklamasiya və şikayətlətin uçotunu, anbarda mal qalığları və rəqiblər haqqında məlumatların yığılmasının, emalının, təhlilinin, izlənilməsinin və dinamikasının qrafik üsullarla verilməsinə geniş imkanlar yaradır.

Tel: (055) 759 80 59