• Marketing ingiliscə market sözü olub bazar deməkdir.Marketing termini ilk dəfə 1901 ilde ABŞ-da  meydana gəlib. Öncələr o, ABŞ Məhsul marketinqi kimi söylənilirdi. Ilk dövürlərdə marketiq sahibkarliq fəaliyyəti  kimi başa düşülürdü.
    Bu gün Azərbaycanda marketingin tətbiqi yenidir və yalniz satış ve xidmət sahələrinin idarə edilməsində istifadə olunur. Marketing ümumiyyətlə hər hansı bir kommersiya ve ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan müəssisə və ya təşkilatlarda tətbiq oluna bilər. Marketingin tətbiqi sahələrinin məhdudiyyəti yoxdur. İstəsək marketingi təhsil müəssisələrinə, səhiyyəyə hətta yanğınsöndürmə xidməti müəssisəsində də, tətbiq etmək olar. Belə ki, həmin yanğınsöndürmə xidməti müəssisəsini yaşayış binalarının sıx olduğu ərazilərdə yerləşdirmək olar və s.   Əlavə  edim ki, marketing bazar menecmentidir. Bazar isə geniş anlayışdır. Bura yalnız konkret məkan xarakteri daşıyan bazarlar  aid deyil. Ümumiyyətlə bazara əmtəə və xidmətlərin reallaşdırma mexanizmi kimi baxmaq lazımdır. Reallaşdırma mexanizminin əsas elementləri kimi, birjalar, KİV (kütlevi informasiya vasiteleri) ve s. çıxış edə bilər. 
    Qeyd edək ki, marketing təkcə satışın həvəsləndirilməsi (stimullaşdırılması) ile əlaqədar fəaliyyət növü deyil. Eyni zamanda marketingin tətbiqi sahələri daha genişdir. Belə ki, marketinqi bank fəaliyyəti çərçivəsində, dövlət ve ictimai təşkilatlarda da, tətbiq etmək mümkündür. Məsələn bölgü kanallarının (satiş kanallarınin) genişləndirilməsi zamanı dövlətin həyata kecirdiyi tədbirlər buna əyani misaldir. Belə ki, dövlət tərəfindən bəzi növ ictimai əhəmiyyətli əmtəələrin satiş kanallari genişləndirilir. Ümumiyyətlə bu mövzunu geniş şəkildə müzakirə etmək olar. Dövlət ve ictimai təşkilatlarda marketingin tətbiqi yenidir. Bank fəaliyyətində marketinq isə bank xidmətləri ve işçi heyətinin idarə edilməsi və s. ilə bağlıdir.