Hər bir tender üzrə tender keçirən tərəfindən sənədlər toplusu hazırlanır.
Tenderin sənədlər toplusuna aşağıdakıların daxil edilməsi zəruridir:
a) tender keçirilməsi haqqında tender keçirənin rəsmi qaydada təsdiq edilmiş qərarı;
b) tenderin keçirilməsi haqqında elanın dərc edildiyi qəzetlər və əgər varsa, reklam və bildiriş tipli
materialların nüsxələri;
v) əsas şərtlər toplusu;
q) bütün iddiaçıların tenderdə iştirak haqqında müraciətləri, iştirak haqqını ödəmələri barədə bank
sənədləri, tenderə təqdim etdikləri təkliflər;
ğ) tenderin nəticəsi haqqında tender komissiyasının protokolu;
d) yekun müqaviləsi;
e) tender predmeti uzunmüddətlidirsə və ya mərhələlərlə həyata keçirilirsə, icraçının işin gedişi
haqqında mütəmadi məlumatları;
ə) tender keçirən və tender qalibi arasında tender predmetinin icrası, haqqının ödənməsi və ya həmin
işlə və ya hər hansı digər məsələ ilə bağlı mübahisə ortaya çıxmışsa, onun həlli ilə əlaqədar sənədlər;
j) tender xərclərinin ödənişi ilə bağlı sənədlər;
z) tender predmetinin tam yerinə yetirilməsi haqqında tender keçirənin tender qalibi ilə birgə aktı.
Tenderin sənədlər toplusu tenderin keçirilməsi haqqında qərar qəbul edilən gündən etibarən yığılmağa
başlanır və tender predmeti
olan iş tam yerinə yetirildikdən sonrakı 30 gün ərzində bitirilir.
Tenderin sənədlər toplusu tender predmetinin yerinə yetirilməsi haqqında aktın imzalanma günündən
sonrakı 5 il müddətində tender keçirəndə saxlanılır və sonra müəyyən olunmuş qaydada arxivə verilir.